Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 17:30
Kalmıkiyada bir yaşlı uşağın öldürülməsindən sonra dərhal iki cinayət işi başlandı: biri qətl faktı, ikincisi isə qeydiyyatda olan ailəyə lazımi diqqət yetirməyən profilaktika orqanlarının əməkdaşları tərəfindən öz vəzifələrini yerinə yetirməməsi faktı üzrə.
Sonxeber.net bildirir ki, bu barədə Rusiyanın Kalmıkiya Respublikası üzrə İstintaq Komitəsindən məlumat verilib.
Agentliyin məlumatına görə, iyunun 30-da axşam saatlarında Elistanın evlərindən birində zorakılıqla ölüm izləri olan bir yaşlı uşağın meyiti tapılıb. Müstəntiqlər hadisə yerinə və ölən uşağın meyitinə baxış keçirməklə yanaşı, şahidləri dindirib və cinayət silahı - balta götürüblər. Qətl törətməkdə şübhəli bilinən mərhumun 42 yaşlı qohumu saxlanılıb. Müstəntiqlər iki cinayət işi açıblar - Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi" və "İnsan ölümü ilə nəticələnən səhlənkarlıq" maddələri ilə. Müttəhimin də üzvü olduğu ailə profilaktik siyahıda olsa da, profilaktika orqanlarının əməkdaşları öz vəzifələrini lazımınca yerinə yetirməyiblər.
İrfan Vəliyev