Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu səhvi bir çox qadınlar edir. Ziyanları

Bu səhvi bir çox qadınlar edir. Ziyanları

Tarix: 2 Iyul 2022 19:03

Soyuq fəsillərdə bir çox qadınlar təzə yuyulmuş paltarları evdə, istilik sistemlərinin yanında qurudur. Bu çox ziyanlı adətdir.

Saglamolun.az bildirir ki, ev şəraitində paltarların daim qurudulması nəticəsində rütubətin səviyyəsi kəskin artır və bu da toz gənələri və kif sporlarının artması üçün çox "əlverişli" şərait yaradır.

Mikroskopik gənələr və kif sporları insanların nəfəs yollarına düşərək burada iltihablara, allergiyalara səbəb olur. İnsanlar "səbəbsiz" zökəmdən, öskürəkdən, baş ağrılarından, dəridə səpgilərdən əziyyət çəkir.

Gənələr və kif göbələklərinin evdə artması xüsusilə immun sistemi zəif olanlar, uşaqlar və yaşlılar, astmadan əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir. Onlarda bu çox ciddi xəstəliklərə, mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq mütəxəssislər paltarları yalnız açıq havada qurutmağı tövsiyə edirlər.


Etiketlər:  səhvi çox qadınlar edir Ziyanları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ