Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - FOTO

Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - FOTO

Tarix: 4 Iyul 2022 23:02

NASA-nın saytı Urmu gölünün son vəziyyətinin görüntülərini yayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gölün cənub adalarının ətrafı tamamilə quruyaraq bir-birinə birləşib.

Gölün cənub hissəsi yenidən qırmızı rəngə boyanıb.

Urmu gölü ilə eyni coğrafi bölgədə yerləşən Türkiyənin Van və Ermənistanın Göyçə (Sevan) gölləri Urmu gölündən fərqli olaraq tamamilə normal vəziyyətdədirlər.

Mütəxəssislər etiraf edirlər ki, Urmu gölündə quraqlığın 70%-i insan amili və yalnış idarəetmədən qaynaqlanır.


Etiketlər:  Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ