Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 16:24
ABŞ məhkəməsi jurnalist Culian Assancı təqsirli hesab edərsə, Azadlıq Heykəlinin sökülməsinə ehtiyac yaranacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu fikri bazar ertəsi mətbuat konfransında Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.
"Əgər o, ABŞ-a gətirilib ən yüksək cəzaya, həbsxanada ölümə məhkum edilərsə, Nyu-Yorkda fransızlar tərəfindən bağışlanmış Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başlatmaq lazımdır. Çünki o, bir daha azadlıq simvolu olmayacaq", - deyə dövlət başçısı bəyan edib.
O, gələn həftə Vaşinqtonda keçiriləcək danışıqlarda amerikalı həmkarı Co Baydenlə Assancla bağlı vəziyyəti müzakirə edəcəyini bir daha vurğulayıb.