Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarıb

Ronaldo təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarıb

Tarix: 5 Iyul 2022 17:46

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Gulfstream G200" təyyarəsini satışa çıxarıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı forvard bu satışdan 20 milyon funt sterlinq qazanmağı hədəfləyib.

Superulduz 2015-ci ildə aldığı təyyarədən Portuqaliyaya müntəzəm uçuşlar üçün istifadə edir. O, sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə tətil üçün tez-tez vətənə yollanırdı. Təyyarəyə 8-10 nəfərlik sərnişin yerləşsə də, Ronaldo daha böyük model axtarır.

Qeyd edək ki, 2011-ci ildə cəmi 250 ədədi istehsal edilən "Gulfstream G200" təyyarəsinin maksimal sürəti 900 km/saatdır.

Milli.Az


Etiketlər:  Ronaldo təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarıb


RƏYLƏR