Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Üçtərəfli işçi qrupun fəaliyyətində irəliləyiş əldə olunub” - Rusiya XİN

Tarix: 6 Iyul 2022 15:18

Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Baş nazir müavinlərinin həmsədrlik etdikləri Üçtərəfli İşçi Qrup fəaliyyətini davam etdirir.

Milli.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iyunun 3-də Moskvada Üçtərəfli İşçi Qrupun X iclasında, eləcə də Peterbuq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub:

"Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur. Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər".

Milli.Az


Etiketlər:  Üçtərəfli işçi qrupun fəaliyyətində irəliləyiş əldə olunub Rusiya XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ