Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 17:46
Finlandiya alimləri Kankaanpaya şəhərində dünyada ilk tam işlək "qum batareyası" quraşdırıblar. Araşdırmalara görə, bu batareya aylarla "yaşıl" enerjini saxlaya bilir və il boyu elektrik enerjisi ilə təminat problemini həll etməyə kömək edir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Qum batareyası" hündür boz silosun içinə tökülən təxminən 100 ton həcmində tikinti qumudur.
Aşağı dərəcəli qum cihazı Günəşdən və ya küləkdən gələn ucuz elektrik enerjisindən əldə edilən istiliklə təmin edir.
Qumun özü bir neçə ay ərzində istiliyi 500 dərəcə Selsiyə qədər saxlaya bilir. Bu, qışda elektrik enerjisinin baha olduğu zamanlarda evləri qızdırmağa imkan verəcək. Belə ki, mərkəzi istilik sistemində suyun qızdırılması üçün akkumulyatordan isti hava buraxılacaq və daha sonra evlərə, ofislərə və hətta yerli hovuzlara veriləcək.