Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur musiqiçi konsert zamanı huşunu itirib

Məşhur musiqiçi konsert zamanı huşunu itirib

Tarix: 6 Iyul 2022 20:05

75 yaşlı musiqiçi və Santana qrupunun qurucu üzvü Karlos Santana ABŞ-da çıxışı zamanı huşunu itirib.

Milli.Az bildirir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə Miçiqan ştatının Detroyt şəhərinin yaxınlığında baş verib. "Qremmi" mükafatı laureatı bir neçə mahnı oxuduqdan sonra huşunu itirib. Tədbirdə işləyən tibb işçiləri ona kömək edərək səhnədən aparıblar.

Santananın mətbuat katibinin sözlərinə görə, musiqiçi istilik və susuzluqdan huşunu itirib. Gitara ifaçısı yerli klinikaya aparılıb. Nümayəndənin sözlərinə görə, o, hazırda özünü yaxşı hiss edir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məşhur musiqiçi konsert zamanı huşunu itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ