Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda YPX maşını qəza törətdi - Polis ağır yaralandı

Bakıda YPX maşını qəza törətdi - Polis ağır yaralandı

Tarix: 7 Iyul 2022 11:02

Bakıda Yol Patrul Xidmətinin (YPX) avtomobili yük maşını ilə toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Sonxeber.net-a bildirib ki, hadisə Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib. Onun sözlərinə görə, 99-YP-355 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin yük maşını ilə toqquşması nəticəsində polis əməkdaşı xəsarət alıb:

"Qəzadan öncə təmizlik məqsədilə tuneldə yuyulma işləri aparılıb. Buna görə də yer sürüşkən olub. Yol Patrul Xidmətinin avtomobili tunelin yuyulması zamanı su təchizatını aparan yük maşını ilə toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Niftulla Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmasa da, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, qəza ilə bağlı ilk məlumatı "unikal.org" yayıb.


Etiketlər:  Bakıda maşını qəza törətdi Polis ağır yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ