Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 18:28
Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində qrup hərəkətləri üzrə komanda yarışları davam edir.
Trend-in məlumatına görə, 24 ölkədən olan komandalar 5 top ilə hərəkətlərdə , 3 halqa və 2 cüt gürzlərlə hərəkətlərdə çıxış edirlər.
Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir.
Bugünki yarışların nəticələrindən sonra finalçı komandalar və çoxnövçülük üzrə qaliblər müəyyənləşir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin