Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 14:02
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinə ehtiyaclarının ödənilməsi üçün dövlətə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçukun ailəsinə məxsus helikopter və təyyarə bağışlayıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq Ofisinin mətbuat xidməti və Milli Polisin Strateji Araşdırmalar Departamentindən məlumat verilib.
"Məhkəmə Baş Prokurorluğun tələbi ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukrayna xalq deputatının ailəsinin istifadəsində olan vertolyot və təyyarəyə həbs qoyub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əmlakı müsadirə edərək Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriblər", - deyə məlumatda bildirilir.