Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu 4 UCUZ VASİTƏ bahalı kosmetikanı əvəz edir

Bu 4 UCUZ VASİTƏ bahalı kosmetikanı əvəz edir

Tarix: 7 Iyul 2022 21:15

Üz dərisinin təmiz və zərif olması hər bir qadının arzusudur. Bir çox hallarda qadınlar üz dərisinə baxım üçün bahalı kremlər, toniklər və s. vasitələrdən istifadə edirlər.

Lakin apteklərdə satılan bəzi çox ucuz vasitələr bu işin öhdəsindən asanlıqla gələ bilər. Saglamolun.az sizə 4 belə vasitəni təqdim edir.  

Hidrogen peroksid

El arasında bu vasitəni daha çox "perekis" kimi tanıyırlar. "Perekis"dən çox effektli losyon hazırlamaq olar. Vasitəni eyni miqdarda su ilə qarışdırıb hər gün üzünüzü silin. Dərinizin rəngi daha yaxşı olacaq, ağaracaq, iltihab və səpgilər azalacaq.

Bundan əlavə perekis tərləmə və tər qoxusu ilə çox yaxşı mübarizə aparır, onu dezodorant əvəzinə də istifadə edə bilərsiniz.

Kalendula tinkturası

Sızanaqlarla mübarizədə çox effektli vasitədir. Gün ərzində 3-4 dəfə problemli yerlərə çəkin. Kalendula mikrob və iltihab əleyhinə təsir edir, dərini yaxşı təmizləyir.

Salisil məlhəmi

Növbəti ucuz və effektli vasitə - salisil məlhəmidir. Dərini yaxşı təmizləyir, ölü hüceyrələrdən azad edir, iltihabları azaldır.

Sink məlhəmi

Bir çox bahalı kosmetik vasitələrinin tərkibinə sink məlhəmi daxil edilir. Apteklərdə ucuz qiymətə satılan bu məlhəm dərini əla təmizləyir, daha sağlam və baxımlı edir.


Etiketlər:  UCUZ VASİTƏ bahalı kosmetikanı əvəz edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ