Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 19:56
"Rəqibi təbrik edirəm. Hava şəraiti də öz sözünü dedi. Çalışdıq ki, qısa zamanda nəsə edib, irəli gedək. Amma alınmadı".
Qol.az xəbər verir ki, bunları "Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Onun sözlərinə görə, komandanın ön xətti istədikləri səviyyədə deyil: "Sabah"dakı forvardların problemi odur ki, onların heç biri yüksək səviyyədə futbolçu deyillər. Hələlik komandaya müvəqqəti baş məşqçi təyin edilən İqor Ponomaryovla görüşməmişik. Görüşsək, komanda barədə məlumat verərik".