Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 21:34
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov saxlanılan amerikalı basketbolçu Britni Qraynerin rusiyalı sahibkar Viktor But ilə mümkün mübadiləsinə münasibət bildirib.
"Aydındır ki, biz lazımi məhkəmə prosedurlarını tamamlamamışıq. Bu baş verənə qədər hər hansı sonrakı addımlar üçün heç bir nominal, formal, prosessual əsas yoxdur", - deyə o, jurnalistlərə açıqlama verib.
Xatırladaq ki, Qrayner gömrük nəzarətindən keçərkən saxlanılıb, xidmət iti idmançının əşyalarına reaksiya verib və əşyaların içərisində Rusiyada qadağan olunmuş xaş-xaş yağı aşkarlanıb.
Bununla bağlı iki maddə üzrə cinayət işi başlanıb - qaçaqmalçılıq və narkotik vasitələrin saxlanması. İdmançını on ilə qədər həbs cəzası gözləyir.
Britni Qrayner ABŞ-da qanunsuz silah alveri ittihamı ilə 25 il həbs cəzası çəkən Viktor Butla dəyişdirilə bilər.
İyulun 1-də basketbolçunun işi üzrə ilk məhkəmə iclası keçirilib. Məhkəmə bu gün davam etdiriləcək.