Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anlaşma baş tutmadı: “Türklər gəlməmiş çıxın” - Şok gəlişmə

Anlaşma baş tutmadı: “Türklər gəlməmiş çıxın” - Şok gəlişmə

Tarix: 8 Iyul 2022 23:58

ABŞ-ın Türkiyənin Mənbiç və Təl-Rıfatdakı mümkün antiterror əməliyyatlarına qarşı PKK/YPG terror təşkilatına geri çəkilməyi təklif etdiyi iddia olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.

Türkiyənin mümkün əməliyyatlarına qarşı ABŞ-dan təhlükəsizlik zəmanəti istəyən PKK/YPG gözlədiyi dəstəyi ala bilməyib. ABŞ PKK/YPG-yə "geri çəkilin" mesajı verdi. PKK/YPG-ni küncə sıxışdıran proses iyunun sonunda Madriddə keçirilən NATO zirvəsi ilə başlayıb.

Sammitdə PKK/YPG və FETÖ-yə qarşı birgə mübarizə barədə anlaşma əldə olunub. Bundan sonra amerikalı senator Lindsi Qraham Türkiyəyə səfər edib. Ankarada prezidentin sözçüsü İbrahim Kalınla görüşən Qraham daha sonra İraqa gedib. O, Bağdadda İraq rəsmiləri və Şimali İraq Regional Rəhbərliyi ilə görüşüb. Görüşdə Suriya əsas gündəm mövzusu olub.

Qrahamın növbəti dayanacağı Suriya olub. Qraham İraq və Suriyadakı beynəlxalq koalisiya qüvvələrinin komandanı general Con Brennanla Hasekedəki hərbi bazada PKK/YPG üzvləri ilə görüşüb. Görüşdə PKK/PYD adından "Mazlum Kobani" ləqəbli Fərhad Abdi Şahin iştirak edib. Bu görüşə paralel olaraq daha bir ABŞ nümayəndə heyəti Ayn əl-Ərəbdə (Kobani) və Mənbiçdə PKK üzvləri ilə bir araya gəlib. Amma təşkilat istədiyini ala bilməyib.

ABŞ hər iki görüşdə "Bizi Türkiyəyə qarşı qoruyun" tələbi ilə çıxış edən PKK/YPG-yə dəstək verməyib. PKK-ya yaxın mənbələr ABŞ nümayəndə heyətinin Türkiyə əməliyyatlara başlamamış Mənbiçdən geri çəkilməyi təklif etdiyini iddia ediblər. Ərəb mənbələri isə ABŞ-ın terrorçulara Təl-Rıfatdan çəkilməyi təklif etdiyini bildiriblər. Amma PKK bu təklifləri qəbul etməyib. Dünən açıqlama verən PKK/YPG mümkün əməliyyata qarşı "səfərbərlik" elan edib.

Bölgədə hərbi fəallıq davam edir. Yerli mənbələr Menbiçin səhra ərazilərindəki Əl-Arimə bölgəsində PKK terror təşkilatına bağlı qərargahın vurulduğunu açıqlayıblar. Ölən və yaralananlar barədə məlumat verilməyib. Dünən səhər saatlarında Mənbiç Hərbi Şurasının üzvünün öldürüldüyü iddia edilib.

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun (SMO) beşinci əməliyyata hazırlıqları davam edir. Hazırlıq çərçivəsində Hələb və Rəs əl-Ayna yeni hərbi yüklər göndərilib.

Milli.Az


Etiketlər:  Anlaşma baş tutmadı Türklər gəlməmiş çıxın Şok gəlişmə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR