Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

Tarix: 9 Iyul 2022 08:34

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan 41 yaşlı Nara prefekturasının sakini Tetsuya Yamaqami polis tərəfindən dindirilərkən əməlinin səbəbini açıqlayıb.

Bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Ş.Abe Yamaqami ailəsini ciddi maliyyə problemləri ilə üzləşdirən müəyyən bir qrupa aid idi.

"Anam bu qrupa cəlb olunmuşdu, bu qrup üçün böyük bir ianə etdikdən sonra ailəmiz maddi problemlərlə üzləşmişdi", -T.Yamaqami bildirib.

Hazırda hansı qruplaşmanın nəzərdə tutulduğu açıqlanmır.

Milli.Az


Etiketlər:  Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ