Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ailə həyatı qurmaq istəyirdim, yaxşı ki, alınmadı, özünü fərqli göstərmişdi, amma...”

“Ailə həyatı qurmaq istəyirdim, yaxşı ki, alınmadı, özünü fərqli göstərmişdi, amma...”

Tarix: 9 Iyul 2022 12:20

"Deyirlər ki, yenidən xəstəliklər gələcək. Ona görə də düşünürəm ki, hamısından yaxşı Azərbaycanda olub, burada istirahət etməkdir. Avqust ayında Məhərrəm ayıdır. İndi nə yığdıq, yığdıq, sonra xərcləyəcəyik. Toylar da olanda olur, olmayanda da yox. Bizdə belədir də, "Yağmadı yağış, bitmədi qamış". Gəlin düzgün danışaq, müğənni çoxdur, hər ilə 5-6 toy düşür. Ev sahibi kimi istəyirsə, onu da toyuna dəvət edir. Hər gün yarım saatlıq toylarımız var. Buna da min bərəkət!"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O, daha sonra əlavə edib.

"Ev sahibi kimi istəsə dəvət edir toylarına. Toylarda gedib muğam dərsi keçmirlər ki. Mən muğam sinfini bitirmişəm, amma sonunda yenə də toy mahnıları oxuyuram. Xalqın sevgisi var ki, bizi toya aparırlar da. O ki, qaldı muğama. Toy muğam yeri deyil axı. Konsertdə oturub muğama qulaq asarlar. Muğamı biz toyla qarışdırmayacaq. Toya gələn oynamaq istəyir, muğam nədir? Toylarda handa bir muğam oxuyanı gətiriblər, həmin şəxs muğam oxuyanda hamı çıxıb gedib. Heç qulaq asan olmadı. Dururam muğam oxumağa, ev yiyəsi əli ilə bir kres qoyur ki, "qurban olum, mənim toyumda muğam oxuma da" deyə müğənni bildirib.

Mənzurə Musayeva şəxsi həyatından danışdı.

"Şəxsi həyatda gündə yenilik olmalı deyil ki. Hər şey qurtardı, bitdi və həyat gözəldir. Sevgisiz həyat yoxdur. Ailə həyatı qurmaq istəyirdim, amma qurmadım. İnsanlar ilk baxışdan özlərini tamam fərqli göstərirlər. Dincliklə oturmuşam da, az aşım, ağrımaz başım" deyə o bildirib.

Milli.Az


Etiketlər:  Ailə həyatı qurmaq istəyirdim yaxşı ki alınmadı özünü fərqli göstərmişdi amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ