Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 14:46
Aylıq ödənişi 25-30 min manat və daha artıq olan kirayə bağ evləri və villalar..
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, müxtəlif saytlarda xeyli sayda belə elanlara rast gəlmək mümkündür. Belə obyektlər əsasən də Bakıətrafı kənd və qəsəbələrdə yerləşir. Bəs kirayə qiymətlərinin yüksək olmasına səbəb nədir ?
Aylıq ödənişi 28 və 30 min manat olan villalarla bağlı elan yerləşən rieltorlarla əlaqə saxladıq. Qeyd edildi ki, adətən belə obyektləri böyük şirkətlər kirayələyirlər. Yüksək qiymətə təklif edilən bağ evləri və villaların şəraiti tam fərqlidir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu cür elanlar daha çox pandemiyadan sonra paylaşılmağa başlayıb.
Ekspert hesab edir ki, sözügedən bağ evlərinin infrastrukturu yüksək qiyməti şərtləndirən əsas amildir.
Ramil Osmanlı əlavə edib ki, böyük və komfortlu bağ evlərinin qiymətində 2-3 dəfəyə yaxın artım müşahidə olunur.