Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 22:10
Kəşmirdə güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər həlak olub.
Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.
Daşqın nəticəsində həlak olanlar Amarnat mağara məbədini ziyarət edən şəxslər olub. Hadisə zamanı iyirmidən çox insanın itkin düşdüyü bildirilir və xilasetmə əməliyyatları davam edir.
Hindistan Müdafiə Nazirliyinin sözçüsü Srinaqarda qeyd edib ki, həm hərbi, həm də mülki helikopterlər yaralıları və ölənləri təxliyə etmək üçün əməliyyatlar həyata keçirir.