Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub

Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub

Tarix: 11 Iyul 2022 08:18

Rusiya ordusu səhər saatlarında Xarkovu atəşə tutub.

Milli.Az APA-ya istinadən bildirir ki, atılan raketlərdən biri şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasına düşüb.

Qeyd olunur ki, Xarkovda üç partlayış səsi eşidilib.

Məlumata görə, raket zərbəsi nəticəsində altımərtəbəli yaşayış binası qismən dağılıb.

Xilasedicilər bir nəfər yaşlı qadını xilas ediblər.

Hazırda axtarışlar davam edir.

Milli.Az


Etiketlər:  Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ