Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağstafada hər kəsi şoka salan gənclə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI: Nişanlısıgilin evində... - VİDEO

Ağstafada hər kəsi şoka salan gənclə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI: Nişanlısıgilin evində... - VİDEO

Tarix: 11 Iyul 2022 11:34

Qurban bayramı günü nişanlısının evinə gedən gənci arı sancıb. Birdən birə halı pisləşən İlqar Qəhrəmanov dünyasını dəyişib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Ağstafanın Aşağı Göycəli kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 24 yaşlı İlqar Qəhrəmanov nişanlısıgilin evinə bayramlaşmağa gəlibmiş.

Ailə üzvləri gəncə ilkin tibbi yardım göstərib, daha sonra təcili tibbi yardıma müraciət ediblər. Ağstafa rayon təcili tibbi yardım stansıyasının həkimi Natiq Tomayevin sözlərinə görə, edilən tibbi müdaxilələrə baxmayaraq həmin şəxs dünyasını dəyişib.

İddialara görə, ölən gənc oğlan dəfn zamanı ayılıb. Kənd sakinlərinin "Xəzər Xəbər"ə bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.

Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub. Bu gün 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları onu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İlqar Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.

Verilən məlumatlardan aydın olur ki, İlqar Qəhrəmanov 2 yerdə -Ağstafa və Gəncədə dünyasını dəyişib. Əsl həqiqət isə aparılacaq araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ağstafada hər kəsi şoka salan gənclə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI Nişanlısıgilin evində VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ