Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 01:03
Saç tökülməsi zamanı:
100 qram dəvədabanı, 50 qram kəklikotu, 50 qram mayaotu və pıtraq otu kökü götürülərək dəmlənir. Dəmləmə gündə 3 dəfə yarım stəkan daxilə qəbul edilir. Həmin bitkilərin miqdarını artıraraq saçın dibinə sürtülür, saçı yuyub qurtardıqdan sonra onunla yaxalanır.
Lavanda, gənəcərçək, fındıq yağı, E, A vitaminləri əlavə edildikdən sonra qarışıq saç dibinə maska şəklində çəkilir.
Uşaqlarda ağızdan gələn qoxu zamanı:
2 ortaboy çuğundurun şirəsi çəkilir, 2 saat saxlanıldıqdan sonra qaşıq-qaşıq uşağa içirdilir.
Limon dilimi doğranır, arasına bal tökülür, 1 gün saxlanıldıqdan sonra qaşıqla uşağa içirdilir. 5 yaşa qədər uşaqlar gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı, böyüklər isə gündə 3 dəfə 1 xörək qaşığı qəbul edir.
Uşaqlarda boy artımı üçün:
Yerkökü şirəsinə yarıbayarı süd tökülüb içildikdə, uşaqlarda boy artımı sürətlənir.
Lofant birkisinin çiçəklərinin balla qarışdırılıb içilməsi, boy uzanmasına yardımçı olur.