Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 08:34
Türkiyə ilə Ermənistan arasında 3-cü ölkə vətəndaşları və yüklər üçün sərhədlərin açılması razılığı bəzi iddialara yol açıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, erməni ekspertlər "3-cü ölkə" deyərkən, Azərbaycanın nəzərdə tutulduğunu bildiriblər.
Türkiyə lideri Ərdoğan və Ermənistan Baş naziri Paşinyan arasında dünənki telefon danışığından sonra aktuallaşan bu iddiaları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "fərziyyə janrı" adlandırmaqla kifayətlənib.