Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi işçilər qızmar günəş altında işləyirlər - VİDEO

Bəzi işçilər qızmar günəş altında işləyirlər - VİDEO

Tarix: 12 Iyul 2022 16:16

40 dərəcəyə yaxın istidə bir damla su belə olmadan işləyirlər. Başlarına günəş vurur, bir tərəfdən də tozla nəfəs alırlar. Bu istidə ağızlarını da bağlamağa məcburdurlar...

Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, mövsümlə əlaqədar günorta saatlarında əksər insanlar açıq havaya çıxmaqdan yayınmağa çalışırlar. Bəziləri isə günün günorta çağı qızmar günəş altında işləyir. Həm də fasiləsiz və susuz.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt küçələrində fəaliyyət göstərən təmizlik xidmətçiləri də onlardandır.

İstirahət vaxtlarının 3 saata yaxın olduğunu desələr də, işlərini vaxtında bitirmək üçün dayanmadan işləyirlər.

Belə olan halda günvurma qaçılmazdır. Yalnız açıq havada işləyənlər deyıl, qızmar günəş altında gəzənlər və ya dənizdə günəşlənənlər də günvurma riski ilə üz-üzədirlər.

TƏBİB-in məlumatına görə, yay mövsümü başlayandan günvurma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib. Onlardan 13 nəfəri hospitalizasiya edilib: "Müraciət edənlərin arasında üç uşaq da olub".

Bəs günəş altında işləyərkən günvurmadan necə qorunmaq olar?

Bu məsələdə işəgötürənin üzərinə bir çox məsuliyyət düşür. İşçilərin həyatı üçün risk yaradan amil olmamalıdır. Təhlükəli hava şəraiti də bu risk qrupuna daxildir.

Qeyd edək ki, qarşıdakı günlərdə də ölkədə havanın isti olacağı gözlənilir. Bəzi yerlərdə temperatur 42 dərəcəyə qədər yüksələcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bəzi işçilər qızmar günəş altında işləyirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ