Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 16:52
Bərdə rayonunda tonlarla soğan sahələrdə məhv olur.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, məhsul sahələrdə çürüdüyündən fermerlər xeyli ziyana düşüblər.
Fermerlər deyirlər ki, əvvəllər 25 - 30 manata aldıqları azot gübrəsi dəfələrlə bahalaşıb. Ona görə də daha ucuz gübrələrdən istifadə etmək məcburiyyətində qalıblar. Bu da məhsuldarlığa mənfi təsir göstərib.
"Aqroservis" ASC-nin Bərdə regional nümayəndəliyi də xarici ölkələrdən, xüsusilə Rusiya və Gürcüstan gətirilən mineral gübrənin bahalaşdığını təsdiq edib.
Məhsulun qiyməti ötən illə müqayisədə artıb.
İndi fermerlər vəziyyətdən çıxış yolları axtarırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: