Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metrosunda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Bakı metrosunda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Tarix: 13 Iyul 2022 15:48

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb. 

Sonxeber.net məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlayıb. 

Qurumdan bildirilib ki, "Bakı Metropoliteni" QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur: 

"Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir".

Qeyd edilib ki, "Bakı Metropoliteni" QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.

"Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə "Bakı Metropoliteni" QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb", - məlumatda bildirilib.


Etiketlər:  Bakı metrosunda gediş haqqı artırılacaq AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ