Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü

Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü

Tarix: 14 Iyul 2022 17:20

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ