Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 17:32
Britaniyanın Berkşir əyalətinin Ridinq şəhərinin sakini evlənib və bir ay sonra özünün qaçılmaz ölümündən xəbər tutub: onun cəmi bir il yarım ömrü qalıb.
Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
33 yaşlı Şona Conson bir il əvvəl qarın ağrısı, şişkinlik və arıqlamaqdan əziyyət çəkməyə başlayıb. Yaşı az olduğu üçün ona səhvən bağırsaq sindromu diaqnozu qoyulub. Conson kompüter tomoqrafiyası və digər testlərdən keçsə də, xərçəng xəstəliyindən xəbərsiz qalıb. Həkimlər qadını əmin ediblər ki, narahat olacaq heç nə yoxdur.
Bu yaxınlarda qadın on ildir birlikdə olduğu 28 yaşlı sevgilisi Jaredlə ailə həyatı qurub. Toydan bir ay sonra qadın kəskin ağrılarla xəstəxanaya düşüb. Mədə mayelərinin nümunələri onun 4-cü mərhələdə mədə xərçəngi olduğunu göstərib.
İndi Conson ömrünü mümkün qədər uzatmaq üçün kimyaterapiyadan keçir və əri və üç övladı ilə vaxt keçirir. "Üç yaşlı qızıma dedik ki, tezliklə ulduzlara gedəcəyəm. O, əsəbiləşdi, məni qucaqladı və qalmağımı istədi", - qadın deyib. O, uşaqlarla belə söhbətlərin həyatında ən çətin olduğunu, lakin onların reaksiyasının onlarla fəxr etdiyini vurğulayıb. Qadın, oxşar simptomlar aşkar etdikdə, onları tez bir zamanda həkimə müraciət etməyə təşviq etmək üçün hekayəsini digər insanlarla bölüşmək istədiyini vurğulayıb.
İrfan Vəliyev