Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karyerası alt-üst olan aktyorun yeni işi təəccübləndirdi

Karyerası alt-üst olan aktyorun yeni işi təəccübləndirdi

Tarix: 15 Iyul 2022 13:25

Təcavüzdə ittiham olunan və bu səbəbdən sonuncu rol aldığı filmdən qovulan aktyor Armi Hammerin yeni işinin nə olduğu ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor hazırda Kayman adalarında mənzillərin alqı-satqısı ilə məşğuldur. Bu barədə adının açıqlanmasını istəməyən mənbə "Variety"yə bildirib.

"O, kurortda işləyir və evlərin kirayə verilməsi, satılması işlərinə baxır. Ofisdə çalışır. Reallıq odur ki, o, tamamilə sınıb və ailəsini dolandırmaq üçün pul qazanmağa çalışır" deyə, mənbə söyləyib.

Xatırladaq ki, keçən həftə "TMZ" nəşri də eyni iddia ilə bağlı xəbər dərc etmişdi. Lakin şirkət işçiləri bunu təkzib etmişdilər. Onlar Hammerin sözügedən kompleksə baş çəkdiyini, lakin işçi olmadığını demişdilər.

Qeyd edək ki, Hammer neft maqnatı Armand Hammerin nəvəsidir. Buna baxmayaraq o, ailəsindən maddi yardım almır və pul qazanmaq üçün işləməyə məcburdur. 

Bundan başqa, təcavüz iddialarından sonra aktyorun karyerası demək olar ki, bitib.


Etiketlər:  Karyerası üst olan aktyorun yeni işi təəccübləndirdi


RƏYLƏR