Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əla vaxt keçirdik" - FOTO

Tarix: 15 Iyul 2022 18:22

Peşəkar amerikalı beysbolçu Aleks Rodriges "The Martha Stewart Show" verilişinin yeni buraxılışının qonağı olub.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, o, teleaparıcı ilə dialoqda keçmiş sevgilisi, dünya pop səhnəsinin ulduzu 52 yaşlı Cey Lo ilə keçmiş münasibətlərindən söz açıb.  

A.Rodriges pop ulduzun ünvanına təriflər yağdırıb.  

"Cennifer haqqında sizə deyəcəklərim budur və ötən gün bəzi həmkarlarıma bunu söylədim. O, indiyə qədər tanış olduğum ən istedadlı insandır. Çox çalışqandır. Məncə o, dövrümüzün əfsanəvi qadın ifaçısıdır", - deyə beysbolçu bildirib.  

Keçmiş aşiqlər 2017-ci ilin fevralında görüşməyə başladılar və dörd il sonra, beysbolçu pop ulduzuna evlilik təklif etdikdən bir neçə ay sonra yollarını ayırıblar.  
Qeyd edək ki, Cey Lo 2000-ci illərdə ilk dəfə tanış olduğu aktyor Ben Affleklə toya hazırlaşır. Ben bu ilin yazında sevgilisinə nadir yaşıl almazlı dəbdəbəli nişan üzüyü hədiyyə edərək ona evlilik təklifi edib. Qarşı tərəf isə bu təklifə "Hə" deyərək, razılıq verib.  

Milli.Az


Etiketlər:  Əla vaxt keçirdik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ