Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 08:22
Bakının Nərimanov və Qaradağ rayonlarında dava düşüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hər iki hadisəyə səbəb qeyri-etik ifadə olub.
Gecənin ilk bıçaqlanma hadisəsi Qobustan qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Əhədli Elmar Məlik oğlu söyüşə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Digər hadisə isə Veterenlar parkı kimi tanınan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Rəsulov Anar Əli oğlu da bıçaqlanaraq ağır vəziyyətə düşüb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırmalara başlanılıb.