Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Tarix: 16 Iyul 2022 11:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin iyun ayında başladılan "Məşğulluq marafonu"na ötən dövrdə 654 işəgötürən qoşulub.

Nazirlikdən verilən məlumata görə, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər.

Bildirilib ki, həmin vakansiyalar üzrə artıq 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2044 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

"Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Milli.Az


Etiketlər:  2500 ə yaxın şəhid ailəsi üzvü qazi işlə təmin olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ