Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 12:54
Rusiya müdafiə naziri Sergey Şoyqu silahlı qüvvələrə bütün istiqamətlərdə əməliyyatları artırmağı tapşırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən Rusiyanın "Cənub" və "Mərkəz" qruplaşmalarına baxış keçirib, ordu generalı Sergey Surovikin, general-polkovnik Aleksandr Lapin və digər hərbi rəislərin hazırkı vəziyyət və düşmənin hərəkətləri barədə məruzələrini dinləyib.
"Rusiya müdafiə naziri Kiyev rejiminin Donbass və digər regionların yaşayış məntəqələrinin sakinlərinə və mülki infrastruktura kütləvi raket və artilleriya zərbələri endirmə ehtimalını istisna etmək üçün bütün əməliyyat bölgələrində qrupların fəaliyyətini daha da artırmaq üçün lazımi göstərişlər verib", - Rusiya MN-nin məlumatında vurğulanıb.