Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 21:36
İndoneziyada silahlı hücum olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Qərbi Papua Azadlıq Ordusuna aid silahlılar tərəfindən həyata keçirilib.
Papua əyalət polisinin məlumatına görə, hücumda 10 tacir öldürülüb 2-i yaralanıb.
Polis sözçüsü Əhməd Mustofa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.
Kamal 7 nəfərin hadisə yerində, 3 nəfərin isə yaxınlıqdakı klinikada dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, 1963-cü ildən İndoneziya bölgəsinə birləşən Papua bölgəsi Niderlandın nəzarəti altındadır.