Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 22:24
Rusiyada bir yaşlı oğlunu avtomobilin sükanı arxasına əyləşdirən, onunla video çəkdirən və videonu sosial şəbəkələrdə yerləşdirən rusiyalı bloger Aleksandra Korşunova Yekaterinburqda yoxlanılacaq.
Bu barədə şəhər yol polisinin mətbuat xidməti xəbər verir.
"Bu fakt üzrə (Korşunovanın uşaqla avtomobil idarə edərkən videonu internetdə paylaşılması) yoxlanılacaq", - rəsmi məlumatda deyilir.
Həmçinin, Dövlət Yol Müfəttişliyi xatırladıb ki, marşrutun yerindən və uzunluğundan asılı olmayaraq, körpə uşaq oturacağında daşınmalıdır. "Uşağı diz üstə daşımaq təhlükəlidir, çünki kəskin manevr və ya qəza zamanı o, ciddi xəsarət ala bilər", - yol polisi sözçüsü dedi.