Tarix: 23 Sentyabr 2019 11:20
Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Macarıstan - Azərbaycan matçı boş tribunalar önündə oynanıla bilər.
Qol.az xəbər verir ki, buna səbəb sentyabrın 9-da Macarıstanın Budapeştdə Slovakiya ilə oyununda (1:2) hər iki komandanın azarkeşləri arasında insident baş verməsdir.
Slovakiya mətbuatı UEFA-nın İntizam Komitəsinin hər iki ölkənin federasiyasını cəzalandıracağını yazıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası ala bilər. Həmçinin, federasiyaların 20 min avro cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, Macarıstan seçmə mərhələdə növbəti ev oyununu oktyabrın 13-də millimizə qarşı keçirəcək.