Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəlakət dərinləşir:Putinin qazancı artır

Fəlakət dərinləşir:Putinin qazancı artır

Tarix: 17 Iyul 2022 21:52

"Aşağı məzənnə ABŞ və Avropa İttifaqının iqtisadiyyatlarına fəlakətli təsir göstərəcək, ancaq bu, Rusiya üçün faydalıdır".

Bunu iqtisadçı Qriqor Sariyski Bolqarıstan ON AIR-a müsahibəsində bildirib.  

Ekspert xatırladıb ki, həftənin ortasında Avropa valyutası 2002-ci ildən bəri ilk dəfə olaraq ABŞ dollarının dəyərindən aşağı düşüb. "Belə aşağı məzənnə həm Avropa, həm də Amerika iqtisadiyyatları üçün fəlakətdir", - deyə mütəxəssis bildirib. İqtisadçı Aİ idxalçılarının demək olar ki, yarısının qazanc əldə etdiyini deyib.

Sonxeber.net cebheşinfo-ya istinadən bildirir ki, eyni zamanda, valyuta məzənnəsi hazırda avropalı istehsalçılar üçün sərfəli deyil, çünki onlar ödənişi dollarla edir, ixrac isə avro ilə gedir. Mütəxəssis hesab edir ki, vəziyyət Putin üçün uğurla inkişaf edir. "Bu il Bolqarıstan Rusiya Prezidenti Vladimir Putinə və onun ətrafına iki milyard daha çox pul ödəyib - avro ucuzlaşır və yanacağın qiyməti qalxır. Yanacağın bahalaşmasına öyrəşməliyik. Sanksiyalar Rusiya iqtisadiyyatına ayrılan vəsaitin artmasına səbəb olub", - deyə o bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəyə qarşı görülən tədbirlərin görünməmiş həddə olduğunu bildirmişdi.


Etiketlər:  Fəlakət dərinləşirPutinin qazancı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ