Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2022 17:32
Ukrayna Rusiya ordusunu elə zəiflədib ki, yeni hücum üçün Kremlə azı 2 il vaxt lazım gələcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Latviya müdafiə naziri Artis Pabriks deyib.
O bildirib ki, Ukraynanın müqaviməti Latviyaya Rusiyanın mümkün hücumuna hazırlaşmaq üçün vaxt verir:
"Çətin ki, kimsə əvvəlki dünya müharibələri ilə müqayisə oluna biləcək işğalın mümkün olduğuna inanaydı. Qonşu ölkəmiz sübut etdi ki, biz də öz ərazimizi qəddar və çoxsaylı üstünlüklərdən qorumağa hazır olmalıyıq", - nazir vurğulayıb.