Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 11:16
"Ermənistan Silahlı Qüvvələrinin müharibəyə görə Qarabağda olan hissələri geriyə, Ermənistana qaytarılırlar".
Sonxeber.net bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress"ə verdiyi müsahibəsində belə deyib.
![]()
Onun sözlərinə görə, Ermənistanda hərbi xidmətə cəlb olunan çağırışçılar bundan sonra "Qarabağa göndərilməyəcəklər".
"Eyni zamanda, Ermənistan ordusunda müqavilə əsasında xidmət edənlər də Qarabağa göndərilməyəcəklər", - A.Qriqoryan deyib.