Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternat məktəbinin rəhbəri və işçisinin öldürülmə anı VİDEOya düşüb

İnternat məktəbinin rəhbəri və işçisinin öldürülmə anı VİDEOya düşüb

Tarix: 19 Iyul 2022 13:08

Rusiyada Kabardin-Balkariyada psixo-nevroloji internat məktəbinin direktoru və mühafizə rəisinin öldürülməsi anının videosu yayılıb.

Milli.Az bildirir ki, görüntüləri SHOT teleqram kanalı yayıb.

Hər şey iyulun 18-də səhər saatlarında Çegemski rayonunun Yanikoye kəndində baş verib. Kadrlardan görünür ki, maskalı və kamuflyajlı naməlum şəxs direktorun kabinetinə (ağ köynəkdə) daxil olub və orada onu güllələyib. Sonra atışma səsinə mühafizə rəisi otağa girib (videoda - mavi rəngdə), onu da içəri girən şəxs güllələyib. Hər iki zərərçəkən aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda axtarışdadır. Telegram kanalının məlumatına görə, cinayətdə şübhəli bilinən 43 yaşlı Albert Mambetovdur. O, mühafizəçi yerinə işə düzəlmək adı ilə internat məktəbinə gəlib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İnternat məktəbinin rəhbəri işçisinin öldürülmə anı VİDEOya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ