Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bilmədən özünü öldürdü

Bilmədən özünü öldürdü

Tarix: 19 Iyul 2022 15:08

Böyük Britaniyada bir kişi "American Horror Story" filminə baxdıqdan sonra sevgilisini qorxutmaq qərarına gəlib və təsadüfən özünü asıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Mişel Delahanti-Evans 36 yaşlı sevgilisi Filip Bernslə əyləndiyini bildirib: cütlük çoxlu içki qəbul edib və həmin axşam televiziyada nümayiş olunan seriala baxıb. Amerikalının dediyinə görə, o, mahnıya qulaq asırdı, sonra dönüb qapının ağzında asılmış Bernsu görüb.

Qadın kişiyə yaxınlaşıb və onun suallarına cavab vermədiyini anlayıb. O, dəhşət içində evdən qaçaraq kömək çağırmağa başlayıb, bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım işçiləri Bernsin öldüyünü bildiriblər. Daha sonra polis cütlüyün evinə gəlib.

Zəngə cavab verən polis serjantının sözlərinə görə, Berns yerdə uzanmışdı, qapıda isə zərbə yerləri vardı. Müayinə zamanı məlum olub ki, mərhumun qanında spirtli içkilərlə yanaşı, narkotik maddələrin də izləri var.

İşi araşdıran koroner Nikolas Şou, Bernsin psixi pozğunluğunun olmadığını söylədi. Şou adamın qəza nəticəsində öldüyünü, ölüm səbəbinin isə asma olduğu qənaətinə gəlib.

2020-ci ildə Berns uşağa təcavüz etdiyinə görə cəza çəkdiyi həbsxanadan çıxıb və yeni həyata başlayıb. Adam bir iş tapdı və yenidən həbsə düşməmək üçün mümkün olan hər şeyi edirdi.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bilmədən özünü öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ