Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləş millimizdən tarixi uğur

Güləş millimizdən tarixi uğur

Tarix: 19 Iyul 2022 21:08

Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.

Millinin 12 üzvü fəxri kürsüyə qalxıb. Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) ikinci, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə üçüncü yeri tutub.

4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığma 205 xalla komanda hesabında Avropa çempionu olub. Azərbaycan ikinci pillədə qərarlaşan Türkiyəni 76 xal qabaqlayıb. Ukrayna isə 123 xalla üçüncü yeri tutub. Milli medalların keyfiyyətinə və kəmiyyətinə görə də bütün rəqiblərini qabaqlayıb.

Zaqrebdə qazanılan nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi adına həm medalların sayına, həm əyarına, həm də komanda hesabında toplanan xallara görə rekord göstəricidir.


Etiketlər:  Güləş millimizdən tarixi uğur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ