Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sınıqçı, yoxsa həkim? - VİDEO

Sınıqçı, yoxsa həkim? - VİDEO

Tarix: 20 Iyul 2022 18:38

Əli, qolu, ayağı sınan, əzilən və ya çıxanlar arasında hələ də həkim əvəzinə sınıqçıya müraciət edənlər var, xüsusilə də, bölgələrdə. Sınıqçılar belə deyirlər. Hətta sosial şəbəkələrdə bu cür elanlara da rast glmək mümkündür.Ancaq hazırki dövrdə bir çoxları müalicələrini sınıqçılara etibar etmirlər. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,sınıqçı Vahid Ələsgərov deyir ki, sınıq, əzik və ya çıxığı əli ilə müayinə edir və müalicə üsulu kimi məlhəmdən istifadə olunur.Onun sözlərinə görə, ən çox müraciət çıxıqla bağlıdır. Bu günə kimi qoyduğu diaqnozlarda isəyanılmayıb. 

Elmi-Tədqiqat Travmatologiya Ortopediya İnstitunun şöbə müdiri Eldar Əsədlinin sözlərinə görə, sınıqçıya müraciət etdikdən sonra vəziyyəti ağırlaşanlar kifayət qədərdir. Həmin xəstələrin müalicəsi isə bəzən əməliyyatla mümkün olur. 

Travmatoloq deyir ki, istənilən zədə müalicə olunmazdan əvvəl müayinə olunmalıdır. 

Eldar Əsədlinin bildirir ki, hansısa travmanın müalicəsində sınıqçıların istifadə etdiyi yumurta yaxası kimi metodlar düzgün deyil.

Milli.Az


Etiketlər:  Sınıqçı yoxsa həkim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ