Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

İtaliyada növbədənkənar parlament seçkilərinin  tarixi açıqlandı

Tarix: 21 Iyul 2022 22:28

Sentyabrın 25-də İtaliyada yeni parlament seçkiləri keçiriləcək.

Bu məlumatı İtaliyanın istefaya göndərilmiş baş naziri Mario Draqi Nazirlər Şurasında təsdiqləyib.

İtaliya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Şurasının iclasında Draqi yeni seçkilərə qədər hökumətin işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, pandemiya ilə bağlı fövqəladə hallar, Ukraynadakı münaqişə, inflyasiya və enerji qiymətləri hökumətin xüsusi diqqətini tələb edir.

Qeyd edək ki, bir qədər əvvəl İtaliya Prezidenti Sercio Matarella parlamentin buraxılması barədə fərman imzalayıb.

Milli.Az


Etiketlər:  İtaliyada növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ