Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2022 16:35
Rusiyalı şoumen Maksim Qalkin Amerikada baş tutacaq turlarını elan etdikdən sonra yenidən izləyicilərin tənqid atəşinə tuş gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə instaqram hesabında yazan şoumen ünvanına gələn bəzi şərhləri paylaşıb.
İzləyicilərdən biri "Maksim, istədiyiniz yerdə və istədiyiniz kimi çıxış edin, amma xahiş edirəm, Allanı (red. M.Qalkinin həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova) Rusiyaya qaytarın. Ona sakit bir həyat vəd etmişdin, bəs indi necə? Əminəm ki, Anna övladları ilə birgə evinə qayıtmaq istəyir" deyə, Maksimə müraciət ünvanlayıb.
Şoumen isə cavabında "Allanı qaytarın" nə deməkdir? O, dolabdır ki?" sözlərini yazaraq gülüş emojisi qoyub.
Qeyd edək ki, şoumen Rusiya hakimiyyətinin Ukraynadakı hərəkətlərini açıq şəkildə tənqid etməsindən sonra bir çox problemlə üzləşməli olub. O, həyat yoldaşı ilə birgə artıq fevralın sonundan Rusiyanı tərk edərək İsrailə gedib. Puqaçova bir müddət əvvəl sentyabrda qayıdacağını açıqlamışdı.