Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 12:38
Çində 12 yaşlı məktəbli tətil vaxtı darıxdığı üçün valideynlərinin "cip"ini oğurlayaraq kiçik bacısı ilə birlikdə səyahətə çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Huçjou şəhərində baş verib.
Tətili evdə keçirməkdən yorulan oğlan valideynlərinin işdə olmasından istifadə edib.
Evə qayıdan ata və ana övladlarının yoxa çıxdıqlarını görən kimi dərhal polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları maşını evdən 200 kilometr aralıdakı Jianqsu əyalətində tapıb. Uşaqların saatda 120 kilometr sürətlə hərəkət etdiyi bildirilib.