Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərbil bu dəfə Bürsini hədəf aldı

Ərbil bu dəfə Bürsini hədəf aldı

Tarix: 24 Iyul 2022 13:38

Türkiyəli şoumen Mehmet Əli Ərbil gənc aktyorlarla bağlı verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sinemanın sonunu gətirən yeni və gənc aktyorların bölüm başına yüksək məbləğdə pul aldığını bildirib:

"İki günlük aktyorlar dünyanın pulunu alırlar. Film sektorunu bitiriblər. Tezliklə serialı da bitirəcəklər. Bu büdcələrlə televiziyaya necə davam edəcəklər? Prodüserlərə hər bölüm üçün 2 milyon lirə maaş verilir".

Ərbil aktyor Kərəm Bürsinin bir müddət əvvəl "Türk aktyorların eqosu var" sözlərinı xatırladaraq əlavə edib:

"K.Bürsin özü nə edir? Pul almır? Pulsuz işləyir? Bir misal verim. Rumıniyanın ən məşhur aktyoru günlük 5 min avro qarşılığında kamera qarşısına keçir. Bizim aktyorlar o pulu qolunu qaldırmaz. Biz belə böyük pulları bir yerdə görmədik".

Qeyd edək ki, Ərbil tez-tez türkiyəli məşhurlarla arasında qalmaqal yaradaraq gündəmə gəlir.


Etiketlər:  Ərbil dəfə Bürsini hədəf aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ