Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 18:38
Böyük Britaniya xüsusi təyinatlıları İlan adasında xüsusi əməliyyat keçirən Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbçilərinə təlim keçib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bu gün "The Sun on Sunday" qəzeti məlumat verib.
Qəzetin verdiyi məlumata görə, Kral Hərbi Dəniz Qüvvələrinin Xüsusi Qayıq Xidmətinin əsgərləri Oçakivdəki 73-cü Dəniz Xüsusi Təyinatlı Mərkəzindən həmkarlarına Britaniya avadanlığı ilə necə davranmağı öyrətmək üçün Ukraynaya səfər ediblər.
Qəzet yazır ki, Britaniya xüsusi təyinatlıları ukraynalılara sualtı daşıyıcılarla işləməyi öyrədiblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 73-cü Hərbi Dəniz Mərkəzinin döyüş üzgüçüləri iyulun 7-də İlan adasına enərək orada Ukrayna bayrağını sancmağa çalışıblar.