Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə koronavirusa yoluxanlar üçün məcburi karantin olmayacaq

Bu ölkədə koronavirusa yoluxanlar üçün məcburi karantin olmayacaq

Tarix: 27 Iyul 2022 07:56

Avqustun 1-dən Avstriyada Covid-19 testi müsbət çıxan və özünü xəstə hiss etməyən şəxslər karantinə alınmayacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Avstriyanın səhiyyə naziri Yohannes Rauç açıqlama verib.

Nazir epidemiya ilə mübarizədə yeni bir dövrə qədəm qoyduğunu, bunun 2020-ci ilə nisbətən fərqli bir vəziyyət olduğunu və virusa qarşı lazımi avadanlıqların mövcud olduğunu qeyd edib.

Virusa yoluxmuş, lakin özlərini yaxşı hiss edən insanlara karantin tətbiq edilməyəcəyini deyən nazir, bu insanların təhsil mərkəzləri ilə yanaşı, xəstəxanalar, yaşlılar üçün qayğı mərkəzləri kimi səhiyyə müəssisələrinə buraxılmayacağının da vurğulayıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə koronavirusa yoluxanlar üçün məcburi karantin olmayacaq


RƏYLƏR