Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərdən qaziyə qeyri-etik hərəkət - VİDEO

Azərdən qaziyə qeyri-etik hərəkət - VİDEO

Tarix: 27 Iyul 2022 11:36

Aparıcı Azər İsmayılovun (Azər Zahid) sosial şəbəkədə yayılan videosu tənqid edilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı TikTok-da canlı yayımda yığılan məbləği qazilərə vermək üçün onlarla bir araya gəlib.

Gözdən əlil qazi Amil Əliyevə zərfi verən Azər "Onsuz saya bilməyəcəksən" sözlərini deyib. Onun bu qeyri-etik ifadəsi sosial şəbəkədə sər şəkildə tənqid olunub.

Qeyd edək ki, Amil İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.

Milli.Az


Etiketlər:  Azərdən qaziyə qeyri etik hərəkət VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ